Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn həftə Azərbaycana payız gəlir

Gələn həftə Azərbaycana payız fəsli qədəm qoyacaq.

Azvision.az xəbər verir ki, payız fəsli ölkəmizə 22 sentyabr saat 17:30:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

Qeyd edək ki, sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək, həmin gün ən uzun gecə olacaq.

M.HACIXANLI,
“Xalq qəzeti”

19 Sentyabr 2020 09:50 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə