Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Orxan Məmmədov: "Hədəfimizə doğru addım-addım, səbrlə irəliləyəcəyik"

"Neftçi" "Qalatasaray"a qarşı çox yaxşı təsir bağışladı. Hesab edirəm ki, bərabər oyun oldu. Düzdür, "Neftçi"nin qapıçısı (Aqil Məmmədov nəzərdə tutulur-red.) bir az zəif təsir bağışladı. Amma ümumən deyərdim ki, təmsilçimiz bu rəqiblə matçda çox gözəl, təmkinli oyun nümayiş etdirdi". Bu fikirləri "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov bildirib.

Sportline.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" matçını (1:3) Bakı Olimpiya Stadionunda izləyən Məmmədov öz klubunun gələcək planlarından da söz açıb: "Planlarımız həmişə kimi, avrokuboklara vəsiqə verən ilk 4 pillənin birində qərarlaşmaqdır. Avroliqada çıxış etməyə imkan verən yerlərdən birini tutmağı qarşımıza hədəf qoymuşuq. Futbolumuzun canlı əfsanəsi Rəşad Sadıqovun Premyer Liqada məşqçi kimi ilk təcrübəsidir. Əlbəttə, biz rəhbərlik olaraq ona tam dəstək göstəririk. Sadıqovun debüt mövsümüdür və hesab edirik ki, hədəfimizə doğru yaxşı şəkildə, addım-addım, səbrlə irəliləyəcəyik".

Məlumdur ki, Sadıqovlu "Zirə" yeni çempionatın ilk 2 turunda uduzmayaraq hesabına 4 yazıb və hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Fəxri prezidentin sözlərinə görə, bu nəticəylə yanaşı, komandanın hazırkı oyunu da onu qane edir: "Hesab edirəm ki, belə davam etsək, hədəfimizə doğru inamla irəliyəcəyik. Bu yöndə yeni transferlər gözlənilir" 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

19 Sentyabr 2020 09:41 - İDMAN
İDMAN
27 Oktyabr 2020 | 01:31
Levandovskidən yeni rekord
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə