Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın mədəniyyət naziri Mərakeşdə ISESCO Baş Konfransının 13-cü sessiyasında iştirak edir

Azərbaycanın mədəniyyət naziri Mərakeşdə ISESCO Baş Konfransının 13-cü sessiyasında iştirak edir

Oktyabrın 11-də Mərakeş Krallığının Rabat şəhərində ISESCO Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, ISESCO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla ­ISESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkəmizin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və oktyabrın 25-26-da ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir, həmçinin ölkəmizin sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın sədrliyi çərçivəsində ­ISESCO ilə ­TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.
Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən ISESCO Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.

11 Oktyabr 2018 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin