Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşçi qrupun iclası keçirilib

Sentyabrın 17-də Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun iclası keçirilib. İclasda Komissiyanın avqustun 25-də keçirilmiş iclasında verilmiş tapşırıqların icra vəziyyəti müzakirə edilib.

Qanunvericilik və İdarəetmə üzrə İşçi qrupun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması ilə bağlı irəli sürülmüş əlavə təkliflər barədə qanunvericilik layihələrinin aidiyyəti qurumlarla birgə müzakirə edilməsini və müvafiq qanunvericilik aktlarının qəbulu ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Təhsil, Maliyyə, Fövqəladə Hallar, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İclasda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilik aktlarının təkmilləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrlə ilə bağlı məsələlər geniş müzakirə olunub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Sentyabr 2020 09:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə