Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Nazirlər Kabineti­nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, mədəni, energetika və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı koronavi­rus pandemiyası ilə mübarizə sahəsində hər iki ölkədə həyata keçirilən tədbirlər müzakirə edilib. Eyni zaman­da, pandemiya dövründə Azərbaycanla İran arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşıma­ların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

19 Sentyabr 2020 03:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə