Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən proqram yayımlanıb

ABŞ-ın məşhur radio aparıcısı Con Bat­çelor və ABŞ-ın sabiq Prezidenti Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks sentyabrın 16-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süley­manovdan müsahibə götürüb və sözügedən müsahibə ABŞ-ın Nyu York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriya­sına malik nüfuzlu “Con Batçelor Şou” radio proqramında yayımlanıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, müsahibə zamanı səfir Elin Süleymanov sentyabrın 15-də Ağ Evdə təşkil olunan “Abraham” razılığının imzalanma mərasimində iştirak etdiyini və Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sentyabrın 16-da Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildirən Elin Sü­leymanov, Azərbaycan yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığını xatırladıb.

Elin Süleymanov Azərbaycanın müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplo­matik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdı­rıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov, Ermənistanın sonuncu hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Ru­siyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq ya­ratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında müzakirələrin aparıldığını diqqətə çat­dırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail ol­maq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.

Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğula­yıb. Kristofer Nikson Koks son zamanlar Prezident Donald Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Sü­leymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkərları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.

Səfir Elin Süleymanovun “Con Batçelor Şou” radio proqramında yayımlanan hazırkı müsahibəsi ilə aşağıdakı elekt­ron keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7684762-the-abraham-accord-illustrates-that-azerbaijan-s-friendship-with-israel-has-established-a-trend-f

19 Sentyabr 2020 03:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə