Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər

Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respubli­kası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri müxtəlif ölkələrin Azərbaycandakı diploma­tik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-17-də icma Xor­vatiyanın səfiri Branko Zebiç, Çexiyanın səfiri Milan Ekert, Macarıstanın səfiri Viktor Sze­derkenyi və Latviyanın səfiri Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icmanın nümayəndələri Ermənistanın təcavüz siyasəti, işğal etdi­yi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşdırma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı eko­loji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıblar. İcmanın nümayəndələri təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildiriblər.

19 Sentyabr 2020 03:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə