Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqi günü təntənəli konsert proqramı ilə qeyd olundu

Dünən Üzeyir Musiqi Günü ilə əlaqədar BMM-in (Beynəlxalq Muğam Mərkəzinin) “Muğam axşamları” layihəsi çərçivəsində keçirilən konsertlər gün ərzində 12:00, 15:00 və 17:00-da İçərişəhərdə Şirvanşah­lar Sarayı Kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisindən onlayn olaraq yayımlandı. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olundu.

Layihə çərçivəsində konsertlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə yayımlanmışdır.

Proqramda BMM-in solistləri, Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli, Ayşən Mehdiyeva çıxış etmişlər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət etmişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

19 Sentyabr 2020 02:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə