Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Operativ Qərargah: “Şəki Bazar” ASC 3 gün müddətinə karantinə bağlanıb

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin CO­VID-9 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin ko­ronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Nazirlər Kabineti yanın­da Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, “Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epi­demioloji tədbirlərin görülməsi məqsədilə bazar 2020-ci il sentyabrın 18-dən etibarən Ope­rativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətinə karantinə bağlanıb. Yəni, bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil olunub, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

AZƏRTAC

19 Sentyabr 2020 02:32 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə