Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən uğrunda canını əsirgəməyənlər heç vaxt unudulmur

Vətən uğrunda canını əsirgəməyənlər heç vaxt unudulmur

Azərbaycanda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya möhtərəm Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı şəhid ailələrinə və əlillərə tez-tez hər cür şəraiti olan mənzil və minik maşınları hədiyyə edir. 
Bir neçə ay əvvəl Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalaması da bu diqqət və qayğının bariz nümunəsdir. Həmin fərmana uyğun olaraq, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Artıq bu vəsaitin ödənilməsinə başlanılıb. Belə faktlar istənilən qədərdir.
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ bir daha gündəmə gətirdi. Möhtərəm Prezidentimiz bildirdi ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün bundan sonra da evlər tikiləcək və bu sahədə işlər daha da sürətlə gedəcək. Ölkə rəhbəri bu il şəhid ailələri və Qarabağ əlillərindən ötrü tikilmiş evin açılışında iştirak edərkən vurğuladı ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. 
Möhtərəm Prezidentimizin bu məqsədlər üçün bu il Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayırması şəhid ailələrinə, müharibə veteranlarına, Qarabağ müharibəsi əlillərinə yüzlərlə mənzil və maşın verilməsi məqsədini daşıyır. Bütün bunlar bizim gələcəyə olan ümidimizi daha da artırır. 
Göründüyü kimi, Vətən uğrunda canını əsirgəməyənlər heç vaxt unudulmur!

Rüxsarə MƏMMƏDOVA, 
şəhid anası

11 Oktyabr 2018 22:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin