Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tural Gəncəliyev: Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk

1988-ci ilin sentyabrında ermənilər tərəfindən Xankəndidə törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik.

Bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev 1988-ci il sentyabrın 18-də Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Ermənistanın təcavüz siyasətinin sona çatmasına az qaldığını bildirən T.Gəncəliyev qeyd edib : “Bu işğal, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları duruş gətirə bilməyəcək. Haqq, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Azərbaycanın ali rəhbərliyi və şanlı ordusu tezliklə qızıl hərflərlə yeni tarix yazacaq”.

18 Sentyabr 2020 16:07 -

Köhnə versiyamızdan xəbərləri izlə