Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 24,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6 faiz artmışdır.

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,1 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 12,2 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63 faiz, maşın və avadanlıqların istehsalı 50,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5 faiz, tütün məmulatlarının istehsalı 38,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, geyim istehsalı 32 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, poliqrafiya məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz, neft məhsullarının istehsalı 2,2 faiz artmış, qida məhsullarının istehsalı 0,8 faiz, tikinti materiallarının istehsalı 1,8 faiz, hazır metal məmulatlarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalmışdır.   

18 Sentyabr 2020 12:15 -

Köhnə versiyamızdan xəbərləri izlə