Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Monako"da növbəti dəfə COVID-19 aşkarlandı

Fransanın "Monako" futbol klubunda koronavirusa yoluxma aşkarlanıb.

Bu barədə "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, futbolçulardan birində COVID-19 testinin nəticəsi müsbət olub. Həmin oyunçunun adı açıqlanmır.

"Monako"da bildiriblər ki, futbolçunun xəstəliyi simptomsuzdur. O, indi karantində, həkimlərin müşahidəsi altındadır.

“Monako” Fransanın I Liqasında üç matçdan sonra yarış cədvəlində üçüncü yer tutur. Komandanın aktivində yeddi xal var.

Xatırladaq ki, daha əvvəl "Monako" klubunun baş məşqçisi Niko Kovaçda da koronavirus aşkarlanıb. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

18 Sentyabr 2020 12:03 - İDMAN
İDMAN
27 Oktyabr 2020 | 01:31
Levandovskidən yeni rekord
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə