Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NASA Venerada həyat axtaracaq

NASA həyat axtarışı üçün 2021-ci ilin aprelinə qədər Veneraya 1 və ya 2 elmi missiya göndərilməsi məsələsinə baxır. Bu barədə “Röyteragentliyi məlumat yayıb.

Bundan əvvəl isə Veneranın atmosferində həm sənaye, həm də bioloji mənşəli ola bilən rəngsiz zəhərli qaz -- fosfinin kəşf edildiyi barədə məlumatlar yayılmışdı.

Missiyanın biri olan DAVINCI+ Veneranın atmosfer səthinə 63 dəqiqəlik enmə zamanı kimyəvi tərkibini araşdıracaq cihazdan ibarətdir. Planetoloq alimlər ümid edirlər ki, bu zond atmosferin səth süxurları ilə necə qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirməyə kömək edəcək və hazırda Venerada vulkanların olub-olmadığı sualına cavab verəcək.

İkinci Venera missiyası VERITAS isə 1990-cı illərin əvvəllərində Veneranı tədqiq edən Magellan zondunun varisi olacaq. O, daha güclü radarlardan və elmi cihazlardan istifadə edərək oxşar xəritələşdirmə işləri aparacaq.

R.TAHİR,
“Xalq qəzeti”

18 Sentyabr 2020 11:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə