Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada yeni peyvəndin sınaqları davam edir

Rusiya KİV-də yayılan məlumatda bildirilib ki,  “Sputnik V” vaksininin sınaqlarında iştirak edənlər bir müddət idman və zərərli vərdişlərdən imtina etməli olacaqlar. Bundan başqa, yeni vaksin hamilələrə və HİV xəstələrinə əks göstərişlidir. Lakin yaşlı insanlara bu sınaqlarda iştirak etmək təkidlə tövsiyə edilir.

Məlumata görə, Rusiya istehsalı olan peyvəndin üçüncü sınaq mərhələsində, təxminən, 30 min könüllü iştirak edir. Onlar peyvənd vurulduqdan sonra 6 ay öz vəziyyətlərini izləyib daim həkimə bildirməlidirlər. Eyni zamanda, elektron gündəlik aparılmalı və bütün dəyişikliklər qeyd edilməlidir.

R.TAHİR,
“Xalq qəzeti”

18 Sentyabr 2020 11:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə