Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Opera həvəskarları internet üzərindən "Koroğlu" operasını izləyə biləcəklər

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək.

Belə ki,  teatrın virtual repertuarı tərtib edilmiş və ilk olaraq sentyabrın 19-da opera həvəskarları internet üzərindən (teatrın www.tob.az saytında və youtube kanalında) dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşasını seyr edə biləcəklər. Qeyd edək ki, tamaşada əsas rolları Əməkdar artistlər Ramil Qasımov (Koroğlu), İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan) və b. ifa edəcəklər.

Eyni zamanda, sentyabrın 20-də F.Əmirovun "Min bir gecə" baleti, sentyabrın 23-də M.Maqomayevin "Şah İsmayıl" operası, sentyabrın 26-da V.A.Motsartın "Hamı belə edir" operası, 27-də N.Əliverdibəyovun "Cırtdan" uşaq operası və sentyabrın 30-da Q.Qarayevin "Yeddi gözəl" baletinin tamaşaları nümayiş olunacaqdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Sentyabr 2020 10:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə