Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anar Kərimov: “Fəxri adların verilməsində sui-istifadə halları olub”

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin dünən keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

O bildirib ki, bu sahədə yeniliklər olacaq: "Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin mədəniyyət nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istiufadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Sentyabr 2020 10:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə