Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş edildi

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” tamaşasını nümayiş etdirdi.

Tamaşa  teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

Müflisləşmiş Rüstəm bəy gənc, gözəl qızı Gülnaz xanımı qoca baqqal Məşədi İbada ərə verməklə, - Rza bəyin təbirincə desək – “pul dağarcığı” əldə etmək istəyir. Gülnaz xanım isə gənc tələbə Sərvəri sevir.

Üzeyir bəy bu fabulanın ətrafında Məşədi İbaddan pul qoparmaq istəyən o dövrün çox xarakterik tiplərini - Qoçu Əsgəri, intiligent Həsən bəyi, qəzetçi Rza bəyi, millətçi Həsənqulu bəyi, hambalı toplayaraq çox maraqlı süjet xətti qurub, həm vəziyyət, həm də xarakterlər komediyası yaradıb. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” muğam - operasında olduğu kimi “O olmasın, bu olsun” musiqili komediyasında da xalq oyun havalarından, milli muğamlarımızdan növhə və əyinlərimizdən məharətlə qaynaqlanıb son dərəcə orijinal duetlər, ariyalar və xor ifaları yaradır.

“O olmasın, bu olsun” musiqili komediyası bir əsr əvvəl - qadınların hüquqlarının kobudcasına tapdalandığı dövrdə qələmə alınsa da indi də çox aktualdır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Sentyabr 2020 10:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə