Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOS: Dərmanların yan təsiri...

Çikaqodakı İllinoys Universitetinin alimləri belə nəticəyə gəliblər ki, COVID-19-a yoluxma zamanı ağırlaşmalarla mübarizə üçün istifadə olunan "Azitromitsin" antibiotiki digər başqa preparatla birgə istifadə zamanı ürəktutmasına səbəb ola bilər.

Mütəxəssislər 44 milyondan çox pasiyent haqqında məlumatları öyrəniblər və müvafiq olaraq “Amoksisillin” və “Azitromitsin”i qəbul etmiş qrupların nəticələrini müqayisə ediblər. “Azitromitsin” və ürəyin elektrik impulslarına təsir edən dərmanların birgə istifadəsinin huşitirmə, sürətli ürək döyüntüsü və hətta ürək tutması kimi xəstəliklərin yüzdə qırx faiz artımı ilə əlaqəli olduğu ortaya çıxıb. Bu preparatlara qan təzyiqi dərmanları, antidepresantlar, malyariya əleyhinə dərmanlar və opioidlər daxildir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 30 milyonu ötüb, 21 814 429 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Sentyabr 2020 09:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə