Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır

2020-ci ilin avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda POS terminalların sayı 55 487 ədədə bərabərdir.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu terminalların sayı 13 faiz və ya 8 295 ədəd azalıb: “POS terminalların azalmasının səbəbi ölkədə dörd bankın lisenziyasının ləğv edilməsi ilə bağlıdır”.

 POS terminalların 65 faizi (35 611 ədəd) Bakıda, 35 faizi (19 265 ədəd) regionlarda yerləşir.

 

Qeyd edək ki, avqustun 1-nə olan vəziyyətə görə, Azərbaycanda ödəmə kartlarının sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb və 8,79 milyon ədəd təşkil edib.

Bunlardan 7,81 milyonu debet, 3,336 milyonu sosial, 2,399 milyonu əməkhaqqı, 1,976 milyonu digər kartlara aiddir.

18 Sentyabr 2020 09:06 -

Köhnə versiyamızdan xəbərləri izlə