Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 343 Bakı şəhəri, 16 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabine­tinin “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli və “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs ya­ratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğunduru­nun hər tonuna görə onun istehsalçılarına sub­sidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 2 avqust tarixli 311 nömrəli qərarlarının ləğv edilməsi barədə

“Azərbaycan Respublikası Prezidentinin “Toxumçuluq haqqında” Azərbaycan Respublika­sı Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 569 nömrəli, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respubli­kası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 12 mart tarixli 546 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanın­da Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 1009 nömrəli Fərmanının qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 707, № 12, maddə 1341; 2009, № 10, maddə 860; 2014, № 2, maddə 201; 2015, № 2, maddə 227; 2016, № 4, maddə 800, № 5, maddə 955; 2019, № 10, maddə 1673) ləğv edilsin.

2. “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratma­dan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2017, № 8, maddə 1601; 2018, № 11, maddə 2434) ləğv edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

18 Sentyabr 2020 01:27 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə