Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Xarici İşlər nazirinin müavini ABŞ-ın Rusiyadakı səfiri ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ilə müzakirə edib.

AZƏRTAC Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 17-də Amerika tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər nazirinin müavini A.Rudenko ilə ABŞ-ın Rusiyadakı səfiri C.Sallivan arasında telefon danışığı baş tutub.

Söhbət əsnasında Belarusdakı son hadisələrə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar vəziyyətə xüsusi diqqət yetirilib.

Mətbuat xidmətinin məlumatında de­yilir: “Rusiya tərəfi daxili siyasi proseslərə hər hansı müdaxilənin, sabitliyi pozmaq və kənardan birtərəfli vasitəçilik xidmətlərini qəbul etdirmək cəhdlərinin yolverilməzliyini vurğulayıb. Belarusun siyasi sisteminin libe­rallaşdırılmasına yönəlmiş konstitusiya isla­hatının keçirilməsi təşəbbüsünün, bu prosesə vətəndaş cəmiyyətinin, əmək kollektivlərinin və işgüzar dairələrin nümayəndələrinin cəlb edilməsinin perspektivliliyi qeyd olunub”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

18 Sentyabr 2020 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə