Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin iclasında təmsil olunub

Sentyabrın 17-də videokonfrans formatında öz işinə başlayan Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) “COVID-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, CAREC proqra­mına üzv ölkələrdən yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatıldığı iclasda Azərbaycanın Maliyyə naziri, ADB-nin Rəhbərlər Şurasının üzvü Samir Şərifov və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf də iştirak edib. İclasda COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliyin qlobal və regional ticarətə mənfi təsirlər göstərdiyi bir vaxtda regional əməkdaşlığın təşviq edilməsi, üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərhəd-keçid prose­durlarının sadələşdirilməsi, postpandemiya dövründə inkişafın dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq Proqramı özündə 11 ölkəni (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Mon­qolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir. Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsullu­ğun azaldılmasına nail olmaqdır.

18 Sentyabr 2020 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə