Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKPA-da səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib

Sentyabrın 17-də Türkdilli Ölkələrin Parlament Assambleyasına (TURKPA) üzv olan parlamentlərin səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında onlayn görüşü keçirilib. Toplantı “COVID-19 pandemiyası: təsirləri və gələcəyə baxış” mövzusuna həsr edilib.

Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin səhiyyə məsələləri üzrə komitələrinin sədrləri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri qatılıblar. İclasa moderatorlu­ğu Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri Recep Akdağ edib.

Görüşün açılış hissəsində parlament komitələrinin sədrləri, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Səhiyyə nazirinin müavini Nurbolot Usenba­yev çıxış ediblər. Sonra komitə üzvləri mövzu ilə bağlı fikirlərini bildiriblər.

İclasda Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycanda ko­ronavirusla mübarizə sahəsində görülən işlər və əldə edilən nailiyyətlərdən söhbət açıb.

Onlayn görüşdə iştirakçılar qlobal COVID-19 pandemiyasının ölkələrin iqtisa­diyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat veriblər.

Sonra tədbirdə virusla mübarizə istiqamətində gələcək əməkdaşlığın perspektivləri, uğurlu metod və mexanizmlərə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC

18 Sentyabr 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə