Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb

Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev QHT–hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüş keçirib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bildirilib ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev şuranın sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri daim dəstəklədiyini, ictimai aktu­allıq kəsb edən layihələrə maliyyə ayırdığını, bilik və bacarıqların artırılmasına yardım etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydala­nıb. Azay Quliyev şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pande­miyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlar­dan 197-də sosial dəstəyə ehtiyacı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.

Azərbaycan Respublika­sı Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, bu gün sayca 6-cı və ən çox­saylı QHT qruplarından biri ilə görüş keçirir. Bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokratiya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalar­ları ilə, məhz, insan amilinin yüksəlişinə xidmət edir.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyini vurğula­yıb. Prezidentin köməkçisi bu­nunla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu deyib.

Hikmət Hacıyev bildi­rib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çev­rilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yoxsullu­ğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Hər bir Azərbaycan vətəndaşının firavan həyat tərzinin for­malaşması, onun normal yaşayışının təmin olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə da­vamlı şəkildə həyata keçirilən güclü sosial siyasətin başlıca məqsədlərindəndir. Xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin, vete­ranların, qaçqın və məcburi köçkünlərin problemləri daim ölkə rəhbərinin və Birinci vitse-prezidentin diqqət mərkəzindədir.

Prezidentin köməkçisi bildirib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçü­lür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdi­yi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Prezidentin köməkçisi de­yib ki, bu gün digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı və sürətli islahatlar keçirilir.

Hikmət Hacıyev təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğu­layıb. Diqqətə çatdırıb ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demok­ratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüraliz­min, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti qurucu­luğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.

Prezidentin köməkçisi qeyd edib ki, bugünkü görüş QHT-lərin fikirlərini və təkliflərini onunla bölüşmək üçün gözəl imkandır. Hikmət Hacıyev dövlətin QHT-lərdən ictimai problemləri öyrənmək və aidiyyəti qurumlara əsaslandırılmış təkliflər vermək, ixtisas­laşdıqları sahələrdə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, dövlət orqan­ları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, habelə ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı təşəbbüslərlə çıxış etmək, cəmiyyətdə baş verən hadisələrə operativ reaksiya vermək, ictimai və milli maraqlar ətrafında səfərbər olmaq, innovativ ideyalar və ya­radıcı təşəbbüslər irəli sürmək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətini təkmilləşdirmək və şəffaflığı, yeni ideyaları, təşəbbüskarlığı və ope­rativliyi təmin etmək kimi gözləntilərinin olduğunu bildirib.

Görüşdə "İqtisadi və So­sial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi­nin sədri Ruslan Atakişiyev, Sosial Rifah Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin nümayəndəsi Azər Allahverənov, Sosial Stra­teji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, İqti­sadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım”" İctimai Birliyinin sədri Zenfira Mustafayeva, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi­nin sədri Nailə İsmayılova, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyi Məsləhət Şura­sının başçısı Əkbər Qoşalı, “Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Bir­liyinin sədri Zülfiyyə Nuriyeva, “Vəfa” sosial problemlərin həllinə dəstək İctimai Birliyi­nin sədri Fatma Hacıyeva, “Tərəqqi” sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, “Mina Qurbanlarının Sosial-İqti­sadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov, “Təmas” re­gional inkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova, “Quba Regional Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Ey­nulla Xeyrullayev, “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Fuad Bədəlov, “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” İctimai Birliyinin sədri Əli Mirzəyev, “Mingəçevir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlimi” İctimai Birliyinin sədri Füzuli Əsədov, Gender və İnsan Hüququ Araşdırma Bir­liyinin sədri Rəna Mirzəzadə, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qası­mova, “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allah­verdiyeva, “Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqla­rına Sosial-Mənəvi Dəstək” İctimai Birliyinin sədri Təranə Əhməd, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birli­yinin sədri Məleykə Əlizadə, “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyinin sədri Gülayə Səfərova, Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” İctimai Birliyinin sədri Aynur Zülfüqarova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasi İctimai Birliyi­nin sədri Rəşad Hüseynov, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov, “Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım” İctimai Birliyinin sədri Zaur Seyidzadə, “Kimsəsiz Uşaq­ların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsaye­va, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri Dün­yaxanım Əliyeva, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quli­yeva, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Demokratik Cəmiyyət və Qadın Hüquqla­rının Müdafiəsi İctimai Birliyi­nin sədri Mehriban Abdulla­yeva, İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlov, Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin sədri İsmayıl Ağayev, “Gəncə Avro-Atlantik Məlumat Mərkəzi” İctimai Bir­liyinin sədri Mehman Xəlilov, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad, "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin sədri İradə Əlili, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev, “Xan Şuşinski” Fondunun prezidenti Bəyimxanım Ver­diyeva, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bələdiyyələrin İnkişa­fına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanov, "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə" İctimai Birliyinin sədri Elnarə Məhərrəmova, “Milli Dəyərlərin Qorunması” İc­timai Birliyinin sədri Dilarə Muxtarova Nağıyeva, "Avrasi­ya” Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi­nin sədri Solmaz Əliyeva, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi­nin sədri Fərman Nəbiyev, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasi­yası” İctimai Birliyinin sədri Günay Şahbazova, “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Ka­zım Məmmədov, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Nihad Allahyarlı, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri Büllur Məmmədova, “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov, Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Abdulla, “Türkiyə Universitetləri Məzunlar” İctimai Birliyinin sədri Çingiz Bayramov, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Camal Məmmədov, “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasi­yası İctimai Birliyinin sədri Afiq Məlikov, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birli­yinin sədri Nurəddin Mehdi­yev, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyinin sədr müavini Kənan Eyvazov, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova, "Azadlıq Hərakatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov, "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Gəray Əlibəyov, "İctimai İştirakçılığın Dəstəklənməsi " İctimai Birliyindən Şaban Nəsirov, "Qərb-resurs" vətəndaş cəmiyyətinin inkişa­fına dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov, Müasir Azərbaycan Qadını İctimai Birliyinin sədri Kəmalə Muradlı, "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, "Uşaq və tələbə gənclər dünyası" İctimai Birliyinin sədr mü­avini Bəxtimşah Tağıyeva, Miqrasiya Proseslərinin Tədqiqi İctimai Birliyinin sədri Fəridə Vəliyeva, "Aşıq Şəmşir" mədəniyyət ocağı İctimai Birliyinin sədri Həbib Misirov, “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Bir­liyinin sədri Əlövsət Allahver­diyev, “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi­nin sədri Azər Əliyev, "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, Azərbaycan Tarixçiləri İctimai Birliyinin sədri Mehri Xanbabaye­va, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin sədri Zaur Quliyev, Himayədar Hu­manitar Tərəqqi İctimai Birliyi­nin sədri Himayət Rizvanqızı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin sədri Rəbiyət Heydərli, "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri Elvin Talışınski, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, Maarifçi Qadınlar İctimai Birliyinin sədri Şərqiyyə Məmmədova, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərov, Gəncə Aqrobiznes Assosiasi­yasının sədri Vüqar Babayev, Vətəndaş Hüquqları İnsti­tutunun sədri Bəşir Süley­manlı, Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Nailə Həşimova, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı, Media Hüquq­ları İnstitutunun sədri Xalid Ağalı, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Nəsimi Məmmədli, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı, Qafqaz Media Tədqiqatları Mərkəzinin təsisçisi Əziz Orucov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin Aydın Əbilov, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, "Sa­bitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov və Sosial Dövlət Naminə İctimai Birliyinin sədri Faiq Əhmədov iştirak ediblər.

Görüşdə çıxış edən QHT rəhbərləri hökumətin QHT-lərlə geniş formatda və davamlı olaraq keçirdiyi yeni dialoqun vacib və faydalı olduğunu vurğulayıblar. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahədə onla­rı narahat edən məsələlər barədə danışaraq fikir və təkliflərini səsləndiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü müzakirələrin faydalı olduğu­nu, QHT-lərin irəli sürdüyü rəy və təkliflərin araşdırılacağını və əsaslandırılmış məsələlərin həlli istiqamətində müvafiq ad­dımların atılacağını qeyd edib.

AZƏRTAC

18 Sentyabr 2020 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə