Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət iqtisadi sahədə peşəkar kadrlara üstünlük verir

Prezident İlham Əliyevin Peşə Təhsili Mərkəzinin açılı­şında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanmasının yeni müasir, innovativ yanaşmaların öyrənilməsinə xüsusi təsiri olacaqdır. Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan müstəqillik qaza­nandan sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iq­tisadiyyatın dayanıqlılığını təmin etməkdədir. 21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması bu şəhəri, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirmişdir. Misal üçün qeyd edək ki, 2019-2020- ci illərdə bir milyard manatdan artıq məhsul istehsal edilib və bunun da təqribən, 33 faizi ixrac olunub. Bu da, öz növbəsində, Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir. Hazırda həmin par­kın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaş­masına köməklik göstərir.

M.Əfəndiyev deyib ki, nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunma­sını, habelə Azərbaycanda isteh­sal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasını təmin etməkdir və bu istiqamətdə atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik. Bu baxımdan, dövlət başçısının Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstəyi iqtisadiyyatın inkişafında peşəkar insan resusrlarının çoxal­masının vacibliyini göstərir. Eyni zamanda burada yeni iş yerlərinin yaradılması, gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinin daha da yüksəlməsində əsaslı rol oynayacaqdır.

Anar TURAN, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə