Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi Şuranın yaradılması günün tələbidir

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 4 il əvvəl yaradılmış Maliyyə Sabitliyi Şurası ləğv edilərək, əvəzində yeni struktur – Azərbaycan Res­publikasının İqtisadi Şurası yaradılıb. İqtisadi Şura yeni bir platforma olaraq, dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Bu barədə söz düşəndə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dedi:

– Hesab edirəm ki, cənab Prezidentin fərmanı ilə İqtisadi Şuranın yaradılması çağdaş dövrümüzün tələbidir və ölkə iqtisayyatının daha sürətli və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, yeni qurumun dövlətimizin başçısının qarşıya qoydu­ğu vəzifələri uğurla yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.

Qeyd etmək lazımdır ki, İqtisadi Şuranın yaradılma­sında məqsəd ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradıl­ması, xüsusilə özəl investisi­yaların, o cümlədən, birbaşa xarici investisiyaların cəlb olunmasını təmin etməkdir. Düşünürəm ki, Azərbaycanda investisiya mühitinin ciddi surətdə yaxşılaşdırılma­sı ölkəmizin beynəlxalq rəqabət qabiliyyətini xeyli gücləndirəcək. Son nəticədə isə əhalinin sosial-iqtisa­di rifah səviyyəsi daha da yüksələcək.

Gəlin son 17 ildə Prezi­dent İlham Əliyevin müdrik liderliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətinə qısa nəzər yetirək. Bu illər ərzində Azərbaycanda neft strategi­yasının məntiqi davamı ola­raq qeyri-neft sektoru sürətlə inkişaf edib. Ölkəmizdə çox sayda emal müəssisələri yaradılıb, yeni iş yerləri açılıb. Bu dövrdə, eyni zamanda, iri infrastruktur layihələri uğurla icra olunub. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

Prezident İlham Əliyevin uğurlu idarəçiliyi sayəsində təkcə pandemiya dövründə insanların sağlamlığının qorunması ilə yanaşı, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi dayanıqlığın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan vətəndaşları bunu görür, müşahidə edir və yüksək dəyərləndirirlər.

Sonda bir daha vur­ğulamaq istəyirəm ki, hazırkı əlverişsiz qlobal mühitdə Azərbaycanın əsas məqsədi son illər ərzində əldə edilmiş sosial-iqtisa­di rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempi­nin yüksəldilməsi üçün yeni mexanizmlər yaratmaqdır. Dövlətimizin başçısının fərmanı ilə Azərbaycan Res­publikasının İqtisadi Şura­sının yaradılması da məhz bununla bağlıdır.

Qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

18 Sentyabr 2020 01:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə