Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

EANA-nın “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusunda payız konfransı keçirilir

Sentyabrın 17-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Korona­virus: dəyişikliklər və fürsətlər” mövzu­suna həsr olunmuş payız konfransı baş­layıb. Konfrans onlayn formatda keçirilir. Əvvəlcə konfransın Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi nəzərdə tutulsa da, EANA-nın idarə heyəti tədbiri pandemiya səbəbindən onlayn formatda təşkil etməyi qərara alıb.

Konfransda EANA-nın prezidenti, Alma­niyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, EANA-nın baş katibi Aleksandr Giboi, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Albaniyanın ATA agentliyinin baş direktoru Ar­mela Krasniqi, həmçinin Türkiyənin “Anado­lu”, Fransanın “France Press” agentliklərinin nümayəndələri və digərləri iştirak ediblər.

“Ukrinform”un baş direktoru Aleksandr Xarçenko tədbiri Kiyev şəhərindən maraqlı videotəqdimatla açıb. O, daha sonra koronaviru­sun yaratdığı çağırışların medianı müsbət dəyişikliklərə sövq etdiyini bildirib və fikrini konkret nümunələrlə əsaslandırıb.

EANA-nın prezidenti Piter Kropş pandemiya dövründə doğru və keyfiyyətli xəbərə xüsusi ehtiyac yaran­dığını bildirərək, cəmiyyətlərdə infor­masiya agentliklərinə tələbatın artdığını vurğulayıb.

Sonra konfrans iştirakçıları pan­demiya şəraitində fəaliyyətin təşkili və xəbər istehsalı sahəsində təcrübələrini bölüşüblər. Konfrans işini növbəti həftələrdə davam etdirəcək.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olu­nub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

AZƏRTAC

18 Sentyabr 2020 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə