• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzəryanı ölkələrin məktəblilərinin mədəni-idman festivalı

Xəzəryanı ölkələrin məktəblilərinin mədəni-idman festivalı

Türkmənistanın Balkan vilayətində Türkmənbaşı şəhərinin 12 kilometrliyində yerləşən Avaza Milli Turizm zonasında Xəzəryanı ölkələrin məktəbliləri arasında II mədəni-idman festivalı  keçirilib.
Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, festivalda Azərbaycanı “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 34 nəfərlik nümayəndə heyəti təmsil edib.
Festivalda Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya məktəbliləri iştirak etmişlər. Ölkəmizi təmsil edən məktəblilər mini-futbol, basketbol, voleybol, şahmat və ­stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Komandalarımız stolüstü tennis idman növündə I, şahmat (oğlan və qızlar) və basketbol üzrə II, voleybol üzrə (qızlar) III, mini-futbol üzrə IV yerə layiq görülüb. Məktəblilərimiz şəxsi yarışlarda stolüstü tennis idman növündə bir qızıl, iki gümüş, şahmatda isə bir  bürünc medal qazanıblar.
Yarışların yekununa görə, Azərbaycan məktəbliləri qazanılmış medalların ümumi  sayına görə 2-ci yeri tutub.
Nümayəndə heyətinin üzvləri festivalda bədii ­proqramla da çıxış etmişlər.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

11 Oktyabr 2018 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin