Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluğun təqdim etdiyi növbəti videoçarxda nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması halları barədə sual cavablandırılıb

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olun­ması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlan­dıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokuror­luqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı “Baş Prokurorluğun yeni yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin fəaliyyət istiqaməti nədən ibarətdir?”, “Nəqliyyat vasitələrin üzərinə həbs hansı qaydada qoyu­lur?” suallarını cavablandırıb.

Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.

18 Sentyabr 2020 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə