Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdə Subartezian Quyularının İstismarı İdarəsi su nasoslarının cari təmiri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot- 1. Su nasoslarının cari təmiri üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, iki qat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağı­dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender işti­rakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci ilin sonunadəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün ma­raqlananlar electron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-Akif Əliyev.Ünvan-Bərdə rayonu, Mirzalıbəyli kəndi.

E-mail: [email protected]

Telefon- 0202058220.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı100 manatdır.

Tenderdə iştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Bərdə Subartezian Quyularının İstismarı İdarəsi

• H/h- AZ80CTRE00000000000002355102

• VÖEN- 4000189521

• Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN- 1401555071

• Kod- 210005

• M/h- AZ41NABZ01360100000000003944

• S.W.İ.F.T: BİK CTREAZ 22

Malgöndərənlər (podratçılar) iddiaçı status almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqan­larından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 7 oktyabr 2020-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalma­larının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini15 oktyabr 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 16 oktyabr 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

18 Sentyabr 2020 00:57 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Oktyabr 2020 | 02:27
MƏTANƏT A
18 Oktyabr 2020 | 02:24
KAPİTAL BANK

Köhnə versiyamızdan xəbərləri izlə