Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,18 faiz artaraq bir bareli 42,03 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,54 faiz artaraq bir bareli 40,01, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,3 faiz artaraq bir bareli 43,54 dollar olub.

Ekspertlər bildiriblər ki, neftin qiyməti artmaqda davam edəcək. Çünki ABŞ-ın cənub-şərqinə gələn “Salli” qasırğa­sı nəticəsində Meksika körfəzində və digər yerlərdə işlər dayandırılıb. İki həftə əvvəl “Laura qasırğası gələndə də belə olmuşdu. Bu isə imkan verir ki, OPEC+ ölkələrinin ixrac etdikləri “qara qızıl”ın qiyməti dünya bazarında artsın.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

18 Sentyabr 2020 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə