Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasından 140 nəfər sağalıb, 119 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 140 nəfər müalicə olu­naraq sağalıb, 119 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Aktiv xəstə sayı 1917 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 35 min 286 test aparılıb. Bugünkü test sayı isə 7601-dir.

“Xalq qəzeti”

18 Sentyabr 2020 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə