Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan və A.Merkel Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Administrasiyasından bildiriblər ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel onlayn rejimdə danışıqlar apararaq, iki ölkə arasındakı münasibətləri və Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə dövlətinin başçı­sı qeyd edib ki, Şərqi Aralıq dənizində enerji yataqlarının istismarı ilə bağlı yaranmış fikir ayrılıqları yalnız da­nışıqlar yolu ilə həll oluna bilər və bu zaman tərəflər konstruktiv və ədalətli mövqe nümayiş etdirməlidir. Onun sözlərinə görə, Avro­pa dövlətləri bu məsələdə sabit və ədalətli olmalıdır. R.T.Ərdoğan, həmçinin vurğulayıb ki, rəsmi Anka­ra bundan sonra da milli maraqlarını qorumaq üçün fəal və qətiyyətli siyasət sərgiləyəcək.

Xatırladaq ki, video­konfrans zamanı Türkiyə tərəfindən Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan və başqa rəsmi şəxslər iştirak ediblər.

Yeri gəlmişkən, Türkiyə Prezidenti iki gün bundan əvvəl İtaliyanın Baş naziri Cüzeppe Konte ilə telefonla danışaraq, onunla bir sıra mühüm ikitərəfli və regi­onal məsələləri müzakirə edib. Tərəflər Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasında yaranmış mübahisənin dialoq yolu ilə həllinin vacib olduğunu dilə gətiriblər.

Türkiyə lideri bildi­rib ki, Yunanıstan və onu dəstəkləyən bir sıra güclərin, xüsusilə, Fransanın mübahisənin həllində qeyri-obyektiv mövqe nümayiş etdirməsi təəssüf doğurur.

M.HACIXANLI, “Xalq qəzeti”

18 Sentyabr 2020 00:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 Oktyabr 2020 | 00:38
Tedros Qebreyesusun bəyanatı
25 Oktyabr 2020 | 00:37
Yeni qızıl yatağı aşkarlanıb
25 Oktyabr 2020 | 00:37
“5G” ilə bağlı qərar
25 Oktyabr 2020 | 00:36
Unikal tibbi maska

Köhnə versiyamızdan xəbərləri izlə