Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Faiz Sarac Liviya böhranının həlli naminə istefaya hazır olduğunu bəyan edib

Liviya Milli Razılıq Hökumətinın başçısı Faiz Sarac bu il oktyabrın axırı­na qədər istefaya getmək niyyətini elan edib. O bildirib ki, öz səlahiyyətlərini Livi­ya münaqişəsinin tərəfləri arasında aparılan danışıqlar nəticəsində formalaşdırı­lacaq yeni icra orqanına verməyə hazırdır. Məlumatı TASS verib.

Sarac Liviya televiziyası ilə yayım­lanan xalqa müraciətində deyib: “17 dekabr 2015-ci ildə Mərakeşin Sxirat şəhərində siyasi razılaşma imzalanma­sından sonra biz maksimum dərəcədə konsensus əldə etməyə və Liviya siyasi arenasının tərəflərini barışdırmağa ça­lışdıq, bütün səylərimizi dövlət institutla­rının birləşdirilməsinə yönəltdik. Ancaq siyasi və sosial atmosfer ağır polyarlaş­ma vəziyyətində qaldı və yenə də qalır. Bu isə böhranlara son qoymaq üçün göstərdiyimiz səylərə mane oldu”.

Saracın sözlərinə görə, başçılıq etdiyi hökumət ilk günlərdən “normal şəraitdə” işləyə bilməyib və hər gün da­xili və xarici xəyanətlərlə üzləşib: “Elələri var ki, sistematik olaraq bizə maneçilik törədirdi, nəticədə vəzifələrimizi tam mənada yerinə yetirə bilmirdik. Bu, real­lıqdır və biz məsuliyyətdən qaçmırıq”.

Hökumət başçısı deyib ki, bu gün BMT-nin himayəsi altında liviyalılar arasında görüşlər və məsləhətləşmələr keçirilir: “Biz onların qərarlarını alqışla­yırıq və ümid edirik ki, bunlar gələcək böyük konsensusun xoş başlanğıcıdır. Bu qərarlardan biri dövlət institutlarının birləşdirilməsi və ölkədə yeni parlament və prezident seçkilərinin keçirilməsinə hazırlıqlara başlanması ilə bağlıdır”.

Sarac istənilən qərarı dəstəklədiyini bəyan edib və yeni icra hakimiyyətini formalaşdıracaq tərəfi hakimiyyətin dinc yolla dəyişməsi üçün prose­si tezləşdirməyə çağırıb: “Bununla əlaqədar olaraq mən öz səlahiyyətlərimi oktyabrın axırından gec olmayaraq gələcək icra hakimiyyətinə verməyə ha­zıram. Ümid edirəm ki, Danışıq Komitəsi yeni Prezident Şurası formalaşdıraraq və yeni baş nazirin adını açıqlayaraq öz işini başa çatdıracaq. Təbii ki, bütün bunlar Berlin konfransında əldə olunmuş və BMT Təhlükəsizlik Şurası tərəfindən bəyənilmiş razılaşmalar çərçivəsində baş verməlidir”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 Sentyabr 2020 00:20 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Oktyabr 2020 | 01:30
Rəy sorğusu
27 Oktyabr 2020 | 01:30
Ən az borcu olan ölkə

Köhnə versiyamızdan xəbərləri izlə