Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi xeyirxah həkimlərə təşəkkür edib

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon bölməsinin sədri Ədhəm Məmmədov MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin  bir qrup  əməkdaşı ilə görüşüb.

Görüşdə onlara  şəhid Milli Qəhrəman və az təminatlı ailələrin müayinə və müalicəsində göstərdiyi təmənnasız xidmətlərinə görə təşəkkür edib. Görüşdə təşkilatın mərkəzlə uğurlu əməkdaşlığı xüsusi vurğulanıb. Qeyd edilib ki, bu əməkdaşlığın nəticəsində  ehtiyacı olan  şəhid ailələri müayinədən yararlanırlar.

Görüşün sonunda  MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin  bir qrup  əməkdaşı  fəxri diplom və fəxri fərmanlarla təltif edildi.

Təltif edilənlər--MayoMed Fizioterapiya və reabilitasiya mərkəzinin rəhbəri Qəzənfər Aloyevi  baş həkim Nərminə Abbasova, Həkim nervoloq Sveta Ələkbərova, həkim masajist Jalə Hüseynova, və tibb personalı Xalidə Əliyeva, Ayşən Abdullayeva, Fatimə Hüseynova diqqətə görə təşəkkür ediblər.

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon bölməsinin sədri Ədhəm Məmmədov Milli Qəhrəman Zabit Quliyevin müayinə və müalicəsində göstərdikləri təmənnasız xidmətlərə görə əməyi keçən kollektivə təşəkkür edib.

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

17 Sentyabr 2020 14:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə