Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının xarici siyasəti: reallıqlar və perspektivlər”

“Azərbaycan Respublikasının xarici siyasəti: reallıqlar və perspektivlər”

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun “Azərbaycan Respublikasının xarici siyasəti: reallıqlar və perspektivlər” mövzusunda mühazirəsi keçirilib.
“Ambassador” mehmanxanasında təşkil olunan tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq, görüşün mahiyyəti barədə məlumat verib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək, dövlətçiliyini inkişaf etdirdiyini, demokratik dəyərlərə yiyələnərək, özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını, bu gün də bu siyasətin uğurla yerinə yetirildiyini vurğulayıb. 
Professor Elman Nəsirov mühazirəsində müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın xarici siyasətində qazanılan uğurlardan başlayaraq, Ermənistanda baş verən son proseslərin regional təhlükəsizliyə təsirlərinə qədər mühüm əhəmiyyət kəsb edən bir çox məsələlər barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bilik Fondunun mətbuat xidməti bildirir ki, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin, rayonun idarə, müəssisə və təşkilatları fəallarının iştirakı ilə baş tutan tədbirin sonunda mövzu ətrafında diskussiya aparılıb.

“Xalq qəzeti”

11 Oktyabr 2018 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin