Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq hüquqa ziddir

Ermənistan beynəlxalq hüquq normalarına hörmətsizlik edərək hələ də işğal siyasətini davam etdirir, mütəmadi olaraq atəşkəs rejimini pozur. Respublikamızın ərazisinin 20 faizini işğal edən, bir milyondan artıq soydaşımızı doğma ata-baba yurdlarından didərgin salan işğalçı Ermənistan müharibə cinayətlərini hələ də davam etdirir. Paşinyan hakimiyyətinin Livandan köçürülən ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparması bunun növbəti nümunəsidir. Təəssüf ki, dünya birliyi, xüsusilə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş, lakin 30 ilə yaxındır ki, bu istiqamətdə irəliyə doğru addım ata bilməyən ATƏT-in Minsk qrupunun bu ədalətsizliyə laqeyd münasibəti adamda təəccüb hissi oyadır.

Digər dövlətlərə “demokratiya və haqq- ədalət dərsi “ keçən, özlərini insan hüquq və azadlıq­larının müdafiəçisi kimi göstərməyə cəhd edən beynəlxalq təşkilatların bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına göz yumması ikili standart­ların bariz nümunəsidr. Əvvəllər Suriyadan etnik ermənilər işğal altnda olan Azərbaycan ərazilərinə köçürülürdü. İndi Livandan da belə qanun­suz köçə başlanılıb. Bu köçün təşkilatçısı olan Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası unutmamalıdır ki, belə cinayətlərə – qanunsuz miqrasiyaya görə mütləq cavablarını alacaqlar.

Suriyadan və Livandan Azərbaycanın işğal altındakı ərazilərinə köçürülən ermənilər unutmamlıdırlar ki, onlar bu ərazilərdə dai­mi yaşaya bilməyəcəklər. Bir gün mütləq geri köçürüləcəklər. Bu ərazilərə köçürülən ermənilər arasında terrorçu və muzdluların olmasına şübhə yoxdur. Onlar öz terror əməllərindən əl çəkməyəcək və ətraf ərazilərdəki kəndlərdə vəhşiliklərini həyata keçirməyə cəhd edəcəklər. Təbii ki, Azərbaycan Ordusunun qəhrəman əsgərləri həmin muzdluların öz xəbis niyyətlərinə çatmasına imkan verməyəcək və bu çirkin fikrə düşənlər məhv ediləcəklər.

ATƏT-in Minsk qrupunun, eləcə də “ədalət cəfakeşi” olan beynəlxalq qurumların gözü qarşı­sında baş verən qanunsuz miqrasiyanın qarşısının alınması üçün hər hansı bir tədbirin görülməməsi, işğalçı ölkəyə təzyiq göstərilməməsi region­da gərginliyi və hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist , faşizm ideologiyasına hüsn- rəğbət bəsləyən baş naziri­nin üzərinə düşəcək.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməsi hər şeydən əvvəl Dağlıq Qarabağda demoqrafik vəziyyəti dəyişdirmək və həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədi daşıyır. Çünki heç kimə sirr deyil ki, işğal altındakı ərazilərimizə Suriya və Livandan köçürülən ermənilərin əksəriyyəti terrorçu və muzdlular­dır. Onları çoxunun Yaxın Şərqdə terrorçu kimi fəaliyyət göstərmələri barədə məlumatlar var. Bu qanunsuz miqrasiyanın sonradan hansı fəsadlara gətirib çıxaracağı hər kəsə bəllidir.

İşğalçı Ermənistan və onun baş naziri bu addımı ilə özünün əsl faşist xislətini, ortaya qoyur. Çünki artıq dünya birliyinə də məlumdur ki, Ermənistanda nasizmə meyil getdikcə güclənir və terrorizm bu ölkədə dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bu cür addımlar Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli imkanlarını daha da çətinləşdirəcək. Çünki Ermənistanın bu çirkin ad­dımı regionda böyük bir müharibəyə hazırlıqdan xəbər verir.

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn və 1949-cu il Cenevrə konvensiyalarının tələblərinin kobud surətdə pozulması deməkdir. ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyətdən yaxalarını kənara çəkməməli, işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz miqrasiyanın qarşısını almalı, seyrçi mövqeyindən əl çəkməli, Ermənistanın növbəti hərbi cinayətləri həyata keçirməsinə imkan veməməlidir.

Mehman İSMAYILOV,
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

17 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə