Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell Telekom” MMC abituriyentləri və şəhid övladlarını sevindirdi

Ölkənin lider mobil operatoru “Azercell” çətin pandemiya dövründə də buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərin səylərini qiymətləndirib. Dövlət İmtahan Mərkəzindən alınan siyahılar əsasında hər iki imtahandan ən yüksək nəticə göstərən 10 abituriyentə planşetlər hədiyyə olunub. Şirkət, həmçinin imtahanlarda ən çox bal toplayan 300 abituriyentin hər birinə xarici dil biliklərini gücləndirmək üçün məşhur “Busuu mobil” tətbiqetməsinə abunəlik kodları təqdim edib.

“Azercell” 2016-cı il aprel döyüşləri və bu ilin iyulunda Tovuzdakı hərbi əməliyyatlarda torpaq uğrunda şəhid olan hərbçilərin övladlarını da sevindirib. Şirkət həlak olan hərbçilərin tələbə övladları üçün aylıq təqaüd təsis edib, onla­ra təhsil müddətinin sonunadək hər ay 300 manat məbləğində təqaüd verəcək.

Şirkət bu döyüşlərdə şəhid olan qəhrəman hərbçilərin birinci sinfə gedən övladlarını da təbrik edib. Birincilərə tədris material­larını daha yaxşı mənimsəyə bilmək üçün planşetlər və müxtəlif növ dərs ləvazimatları hədiyyə olunub. Qeyd edək ki, şəhid övladlarının siyahısı “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Gənclərin təhsil və inkişafına dəstək “Azercell Telekom”un sosial korporativ məsuliyyət strategiyasının ən vacib sahələrindəndir. Xatırladaq ki, şirkət pandemiya dövründə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradıl­mış “Virtual Məktəb” portalı üzərindən onlayn tədris keçən 25 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 5GB internet paketi yükləyib.

“Xalq qəzeti”

17 2020 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə