Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 340 Bakı şəhəri, 15 sentyabr 2020-ci il

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 67, № 10, maddə 1321; 2016, № 3, maddə 584, № 5, maddə 957, № 8, maddə 1428, № 11, maddə 1978; 2018, № 7 (II kitab), maddə 1620; 2019, № 2, maddə 346, № 4, maddə 756; 2020, № 5, maddə 653) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanla­rının normativ hüquqi aktlarının hazırlan-ması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin “Qeyd”i çıxarılsın.

3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nun “II. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin törəmə hüquqi şəxsləri” bölməsinin 4-cü hissəsində “ACSC logistics” sözləri “ASCO Logistics” sözləri ilə əvəz edilsin və həmin bölməyə aşağıdakı məzmunda 5-4-cü və 5-5-ci hissələr əlavə edilsin:

“5-4. “ASCO Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti;

5-5. “ASCO Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyəti.”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə