Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanı rayonunda abadlıq işləri geniş vüsət alır

Suraxanı rayonunda abadlıq işləri geniş vüsət alır

Bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır. 
Suraxanıda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Hazırda yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı davaml iş görülür. Bütün bunlar isə rayonda yeni iş yerlərinin açılmasına, insanların rifahının yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə müsbət təsir gpstərir. 
Rayonda cari il üçün nəzərdə tutulan yerli proqramlara əsasən, nümunəvi abad məhəllələrin və parkların salınması, köhnələrinin yenidən qurulması, idman meydançalarının yaradılması, xeyir-şər evlərinin əsaslı təmiri və yenilərinin tikintisi”, Şəhid xatirə komplekslərinin abadlaşdırılması və s. işlər həyata keçirilib. 
Tədbirlər planına uyğun olaraq rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Hövsan və Qaraçuxur qəsəbələrində yerləşən 9 mərtəbəli yaşayış binalarının əsaslı təmirinə başlanılıb. Hazırda 49 girişdən ibarət on dörd 9 mərtəbəli və 3 girişdən ibarət iki 2 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır.
Təmir olunan binaların bir qısmi Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində yerləşir. Massivin “Q” yaşayış sahəsindəki 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 saylı binaların fasadı rənglənib, girişlərində və pilləkan qəfəslərində zəbt olunan sahələr sökülərək iri qabaritli tullantılardan təmizlənib. Bütün girişlərin pilləkən qəfəsləri 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər qaşınıb, matalanıb və torket olunaraq rənglənib. Yeni Günəşli “Q” yaşayış sahəsindəki 7, 8, 9, 10 , 11 saylı binaların pilləkan qəfəslərində 189 ədəd, “V” yaşayış sahəsindəki 15 və 16-ci binalarda isə 136 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulub. Girişlərdə kod açarlı dəmir qapılar quraşdırılıb, binaların girişlərində pilləkənlər aqlay daşla üzlənib. 
Əsaslı təmir işləri başlayandan indiyədək, ümumiyyətlə, rayon üzrə binaların fasd hissəsində 24 min kvadratmetr sahə mata ilə torket olunub və 43 min 500 kvadratmetr sahə 2 qat emulsiya ilə rənglənib, binaların girişlərində kod açarlı 64 ədəd dəmir qapı quraşdırılıb. Girişlərdə 767 metr pilləkən aqlay daşla üzlənib, 41 giriş və pilləkan qəfəsində 33 min 226 kvadratmetr sahə rənglənib, pilləkan qəfəsində 402 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulub. Binaların kürsü və fasadında ehtiyac olan hissələrə 1500 kvadratmetr suvaq vurulub. Təmir olunan bloklarda elektrik şitləri və məhəccərlər də rənglənib. Həyətlərə asfalt örtüyünün salınmasına başlanılıb. 
Əhalinin istirahətinin təşkili məqsədilə həyətlərdə söhbətgahlar və oturacaqlar, gənclərin vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüşkənlər quraşdırılıb. 

V. BAYRAMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2018 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin