Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 339 Bakı şəhəri, 15 sentyabr 2020-ci il

“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi­nin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası­nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə ay­lıq vəzifə maaşlarının təyin edilməsi haq­qında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 453; 2007, № 11, maddə 1179; 2008, № 9, maddə 863; 2014, № 3, maddə 310; 2018, № 3, maddə 615; 2019, № 10, maddə 1676) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və “təyin” sözü “müəyyən” sözü ilə əvəz edilsin;

1.2. 1-ci və 2-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“1. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 (səkkiz yüz doxsan) manat məbləğində müəyyən edilsin.

2. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçirilsin.”.

2. Bu Qərar 2020-ci il sentyabrın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə