Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qalatasaray" Bakıya uğursuz seriya ilə gəlir

"Qalatasaray"ın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyuna avrokuboklardakı 286-cı matçı olacaq. Sport24.az xəbər verir ki, bu görüşlərin 99-da qələbə qazanan "Cim-Bom" 111 qarşılaşmada meydanı məğlub tərk edib. 75 oyun isə heç-heçə ilə yekunlaşıb. Avrokubok matçlarında 377 qol vuran İstanbul təmsilçisi qapısından 428 top buraxıb.

Göründüyü kimi, "Qalatasaray" Bakıda qalib gələcəyi təqdirdə beynəlxalq arenada 100-cü qələbəsini bayram edəcək. Komanda Fatih Terimin başçılığı altında avrokuboklarda 79-cu oyununa çıxacaq ki, bunun 30-da qələbə qazanıb, 31-də məğlub olub. 17 görüşdə isə qalib müəyyənləşməyib.

"Qalatasaray" avrokuboklarda son qələbəsini 201819 mövsümündə Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin Moskva "Lokomotiv"i ilə matçında qazanıb. Super Liqa təmsilçisi həmin oyundan sonra 13 matçdır (9 məğlubiyyət, 4 bərabərlik) qələbəyə həsrətdi.

Səfərdə 20 oyundur qalib gələ bilməyən "sarı-qırmızılılar" avrokuboklarda sonuncu dəfə 2012013 mövsümündə ÇL-nin 1/8 final mərhələsinin cavab oyununda "Şalke"ni Almaniyada 3:2 hesabı ilə yenməklə buna nail oldu. Komanda bundan sonra SAvropada meydana çıxdığı 20 səfər matçında 16 dəfə məğlub olub, 4 heç-heçə edib.

"Qalatasaray" avrokuboklarda son səfər qolunu isə 2016-cı ildə Avropa Liqasının 1/16 final mərhələsinin İtaliya "Latsio"su ilə qarşılaşmasında (1:3) vurub.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

17 Sentyabr 2020 10:26 - İDMAN
İDMAN
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb
9 Oktyabr 2020 | 01:05
Dünya rekordu yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə