Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avroliqa matçından öncə iki futbolçuda koronavirus aşkarlandı

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sı ilə qarşılaşacaq Belarusun BATE klubunun iki futbolçusunda koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə Borisov təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Stanislav Draqun və İqor Staseviçin koronavirus testi müsbət nəticələnib. Hər iki futbolçu karantinə alınıb.

BATE Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah Sofiyada ÇSKA klubu ilə qarşılaşacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

17 2020 10:20 - İDMAN
İDMAN
20 Sentyabr 2020 | 12:00
Alkantara “Liverpul”a keçib

Köhnə versiyamızdan xəbərləri izlə