Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” ÇL-də mübarizəni dayandırdı

Azərbaycan çempionu “Qarabağ” dünən futbol üzrə UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində “Molde” ilə qarşılaşıb.

Norveç çempionu ilə qarşılaşma Kiprdə baş tutub. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçirilib.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxt zamanı Norveç təmsilçisi penalti vurmaq hüququ qazansa da, Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev komandasını qoldan xilas etməyi bacarıb. Beləcə, əlavə yarım saatda da qapılara qol vurulmayıb. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Molde” növbəti mərhələyə yüksəlib.

Bu cütün qalibi pley-offda “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcəkdi. “Molde” digər oyunda qələbə qazanmış “Ferentsvaroş”a rəqib olub. Məğlub olan “Qarabağ” isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
16 sentyabr

Qarabağ – Molde 0:0 (penaltilər 5:6)
Matçın 102-ci dəqiqəsində “Molde”nin futbolçusu E.Hussayn penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Kipr, Larnaka. “AEK Arena”.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

17 Sentyabr 2020 10:10 - İDMAN
İDMAN
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb
9 Oktyabr 2020 | 01:05
Dünya rekordu yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə