Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzeyir Musiqi Gününə həsr olunacaq layihə

Dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir Musiqi Günü”) kimi təntənə ilə qeyd olunur.  Mədəniyyət tariximizin bu əlamətdar günündə Beynəlxalq Muğam Mərkəzi və İçərişəhər  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  birgə layihə təqdim edəcək.

BMM-nin “Muğam axşamları” layihəsi bu gü  İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində , XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının  ərazisində onlayn olaraq yayımlanacaq. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Layihənin konsertləri  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə gün ərzində yayımlanacaq.

Proqramda BMM-nin solistləri , Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli , Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

17 Sentyabr 2020 09:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə