Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID-19 pandemiyasının psixoloji sağlamlığa təsiri

Tibb elmləri doktoru, professor Fuad İsmayılov Psixi Sağlamlıq Mərkəzində əhaliyə bütün pozuntularla bağlı ixtisaslaşmış ambulator müalicə: diaqnostik, psixiatrik, psixoloji və psixososial yardım göstərildiyini bildirir. Mərkəzin rəhbəri bu xidmətləri göstərmək üçün tibb müasissəsində 4 müxtəlif profil üzrə iş aparan şöbələrin fəaliyyət göstərdiyini deyir. 

Müalicə Konsultativ Şöbəsinin əsas funksiyası psixi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasından ibarətdir. Bura həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olunur.  Təcili Psixoloji Yardım Şöbəsinə psixoloji problemlər, kəskin stress reaksiyaları, depressiyalar, posttravmatik stress pozuntuları (PTSP), təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntuları olan insanlar müraciət edir. Psixososial Reabilitasiya Şöbəsinin əsas iş profili psixi xəstəliklərdən əziyyət çəkən insanlara cəmiyyətdə sərbəst şəkildə fəaliyyət göstərməyə yardım etməkdən ibarətdir. Azərbaycanda ilk dəfə tətbiq edilən psixososial reabilitasiya prosesinin ən vacib məqamlardan biri də terapiyaların 3 dildə keçirilməsidir: Azərbaycan, Rus və İngilis.  Gündüz Stasionarı Şöbəsinin əsas iş istiqaməti gecə-gündüz müşahidəyə və müalicəyə ehtiyacı olmayan, lakin gündüz stasionar şəraitə yaxın müalicə-diaqnostika köməyinə ehtiyacı olan psixi pozuntulu şəxslərə yardım etməyə yönəldilib.

Burada “İnam Telefonu” (012 566 50 61, 012 566 39 36) adlandırılan bu xidmət növü insanların həyatlarında çətinliklərə qalib gəlmək üçün ödənişsiz psixoloji yardım alması üçün yaradılmışdır. Professor deyir: “Hər gün bu qaynar xəttə çoxlu sayda zənglər daxil olur və mütəxəssislər tərəfindən qəbul olunur. Müraciət etmiş insanlara psixoloji yardım göstərilir, onlara baş verənlərə başqa prizmadan baxmaq üçün yollar göstərilir və ümumi psixiloji dəstək təqdim olunur”.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 09:18 - SƏHİYYƏ
SƏHİYYƏ
14 Sentyabr 2020 | 10:04
Bu ikinci dalğadırmı?..
14 Sentyabr 2020 | 10:00
Yoluxma davam edir

Köhnə versiyamızdan xəbərləri izlə