Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik

Milli Məclisin deputatları Qənirə Paşayeva, Tamam Cəfərova və Məşhur Məmmədov, həmçinin “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Masallı və Biləsuvar rayonlarında, bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrində olub, eləcə də, məzarlarını ziyarət ediblər.

Şəhid ailələrinin qayğıları ilə maraqlanan deputatlar onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir.  Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışaraq, "qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik"- deyib.

Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan deputat Q.Paşayeva, yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib.

Q.Paşayeva görüşlər zamanı bildirib ki, "biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman əbədi sakitlik tapacağına əminik". Deputat “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və bütün şəhidlərimizin də ruhu şad olacaq!” -- deyərək bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyib. Onlar bildirib ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Görüşdə iştirak edən “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk qardaş Türkiyənin Azərbaycan şəhidlərini öz şəhidləri saydığını, onların ailə üzvlərinə diqqət göstərməyin qardaşlıqdan irəli gələn vicdan borcu olduğunu bildirib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 09:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə