Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özünüzü qoruyun, havalar soyuyur...

Havaların soyumağa doğru getdiyi bir vaxtda, “özümüzü mövsümi qriplərdən, viruslara yoluxmaqdan necə qoruyaq” --  sualına  Binəqədi rayonundakı 27 saylı şəhər poliklinikasının sahə həkimi Aygün Kərimova belə cavab verdi:

- Artıq payız gəlib. Havalar dəyişkəndir, 35 dərəcə rütubətli isti, bir saat içində buludlu sərin havaya dönə bilir. Kəskin hava dəyişməsi tərləmə-soyuqlamaya gətirir. Payız aylarında mövsümi standart yuxarı tənəffüs yolları xəstəliklərin artması normaldır, zökəmlərin, tonzillit, angina, rinit və virus qriplərin yayılması zamanıdır.

Hər öskürəkdə, hər qızdırma halında qəti şəkildə panikaya düşmək lazım deyil. Gigiyenik qaydalara əməl etməklə bunların öhdəsindən çox rahat gələ bilərsiz. Səhər və axşam vaxtları mümkün qədər çox havada olun, kəskin hərəkətlə və idman yarışları zamanı ehtiyatlı olun. Praktika göstərir ki, belə hallar sonrası bədən temperatururun dəyişməsi bu tip xəstəliklərə təkan verir. Xüsusilə axşam vaxtları kondisionerdən istifadə etmək də məsləhət deyil, axşamlar hava kifayət qədər sərin olur.

Bundan başqa, qidalanma da çox önəmlidir. Gündəlik menyunuza mütləq sulu yeməklər, soğan, acı bibər, göyərti və səbzələr daxil edin. Ayın sonlarına doğru kompleks vitaminlər qəbul etmək də faydalıdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2020 09:14 - SƏHİYYƏ
SƏHİYYƏ
14 Sentyabr 2020 | 10:04
Bu ikinci dalğadırmı?..
14 Sentyabr 2020 | 10:00
Yoluxma davam edir

Köhnə versiyamızdan xəbərləri izlə