Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusdan sağalanların yoluxdurma təhlükəsi

Rusiyalı virusoloq Aleksandr Lukaşev bildirib ki, əksər hallarda virus aşkar edildikdə bu, virusun canlı olması demək deyil. Məsələn, virusun nüklein turşusu tozda, havada, kran suyunda tapıla bilər. Virusun canlı olmasına baxmayaraq, bir insanın yoluxması üçün 1, ya da 10 deyil, 100 və ya daha çox, bəzən 10 minə qədər virusa ehtiyac olur.

Odur ki, canlı virus bir yerdə qalsa da, onun miqdarına baxmaq lazımdır. Bir çox halda virusun yoluxuculuğunu davam etdirməsi yalnız nəzəri cəhətdən təhlükə yarada bilər. Yəni bir insan virusu ötürə bilər, hətta bu virus canlı ola bilər, ancaq belə bir insan epidemioloji təhlükəli sayılmır.

O əlavə edib ki, iki PCR testindən keçən və cavabı neqativ çıxan insan koronavirusdan sağalmış sayılır və xəstəxanadan buraxılır. Mənfi test nəticəsi virusun, hətta heç bir hissəciyinin bədəndə qalmadığını göstərir. Epidemioloji baxımdan virusun asimptomatik yayılması böyük problemdir, lakin bu, əhalinin əhəmiyyətli hissəsinin onsuz da koronavirusa qarşı antikorlara sahib olmasını göstərir. Bu o deməkdir ki, COVID --19 heç bir simptom göstərmədən dövriyyəyə girə bilər.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 Sentyabr 2020 09:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə